Cavid Qurbanov: "Ağır çəkili maşınlar yolların axırına çıxır" AÇIQLAMA

Cavid Qurbanov: "Ağır çəkili maşınlar yolların axırına çıxır" AÇIQLAMA

"Azərbaycanda yolların vəziyyəti qənaətbəxşdir". SİA-nın məlumatına görə, bu sözləri "Azəryolservis" ASC-nin sədri Cavid Qurbanov jurnalistlərə verdiyi açıqlamasında deyib. O bildirib ki, yaxın keçmişə baxandaa hazırda yollarda vəziyyət yaxşıdır. Ölkə başçısının bu sahəyə xüsusi diqqət yetirdiyini deyən C. Qurbanovun sözlərinə görə, əksər magistral yollarında təmir işləri aparılır, bəzilərində isə bu işlər davam etdirilir:" Vəziyyət birdən-birə dəyişmir, buna illər lazımdır. Sovetlər dövründə Azərbaycanda faktiki olaraq yol olmayıb. Ümumi yolların heç 5%-i asfalt deyildi. Hazırda yolların 75%-i təmir olunur və proses davam edir. Ümumiyyətlə, yolların təmiri böyük maliyyə, həm də fiziki cəhətdən böyük işlər tələb edir. Ölkəmizdə 31 min km-dən çox yol var. Onun da 19 mininə biz, qalanlarına icra hakimiyyətləri və bələdiyyələr nəzarət edir".

Sürücülərin yollarla bağlı şikayətinə gəlincə C. Qurbanov bildirib ki, ağır çəkili maşınlar yolların axırına çıxır.

Bütün xəbərlər Facebook səhifəmizdə