Aydın Hüseynov: "TANAP layihəsində Ukrayna kifayət qədər maraqlı partnyordur"

Aydın Hüseynov: "TANAP layihəsində Ukrayna kifayət qədər maraqlı partnyordur"

"İşçi qrupunun yaradılması sübut etdi ki, Ukrayna dövləti də TANAP layihəsinin reallaşmasında maraqlıdır". Bu fikirləri SİA-ya açıqlamasında YAP Siyasi Şurasının üzvü, iqtisadçı-ekspert Aydın Hüseynov bildirib.

Onun sözlərinə görə, bu qrupun yaradılmasında məqsəd TANAP layihəsinin həyata keçirilməsinin operativliyini artırmaq, layihənin uzunmüddətli strateji məqsədə xidmət etməsinə şərait yaratmaqdır: "Eyni zamanda layihənin reallaşmasında peşəkarlığın artırılmasına xidmət edəcək işçi qrupu Ukrayna-Azərbaycan münasibətlərinə də öz töhfəsini verəcək. Məlumdur ki, layihənin reallaşması Azərbaycanın Avropanın enerjiyə olan ehtiyaclarını ödəməsi deməkdir. Hazırda Ukrayna mavi yanacağı Rusiyanın "Qazprom" şirkətindən alır. TANAP-ın reallaşması isə Ukraynanın mavi yanacağı Azərbaycandan alması ilə nəticələnəcək. Buna görə də layihədə Ukrayna dövləti də kifayət qədər maraqlı partniyordur".

Qeyd edək ki, TANAP layihəsi üzrə işçi qrupunun yaradılması barədə Ukrayna energetika naziri məlumat verib. O bildirib ki, qrup bu layihənin ilkin Texniki İqtisadi Əsaslandırmasını hazırlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə