Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən daha bir YENİLİK
"Yaxın gələcəkdə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən daha bir yenilik tətbiq ediləcək. Belə ki, daşınmaz əmlaka dair yüklülük arayışları (Forma-1) notariuslara real vaxt rejimində (onlayn) veriləcək". Komitənin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, yeni mexanizmə görə, daşınmaz əmlakla bağlı məlumatları vətəndaşlara əmlak alqı-satqısı zamanı notariat idarələrində Əmlak Məsələləri Dövlət Komitəsinin məlumat bazası vasitəsi ilə birbaşa vermək imkanı yaranacaq: "Bu arayışların "onlayn" rejimdə verilməsi məmur-vətəndaş ünsiyyətinin aradan qalxmasına, lazımi sənədlərin "onlayn" əldə olunmasına, vaxta böyük qənaət olunmasına, bununla da vətəndaşların bu xidmətdən optimal faydalanmasına gətirib çıxaracaq. Əvvəlki illərlə müqayisədə son iki ildə daşınmaz əmlakın qeydiyyat sayı maksimum həddə çatıb. 2011-ci ildə 147 min, 2012-ci ildə isə bu rəqəm 151 min olub. Bu ilin sonuna qeydiyyat sayının 160 minə çatacağı proqnozlaşdırılır".
Bundan başqa komitə tərəfindən 2013-2017-ci illər üçün Beşillik Strategiya Planı hazırlanıb təsdiq edilib: "Beşillik Strategiya Planı Dünya Bankının dəstəyi ilə icra olunan "Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi" çərçivəsində Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə təsdiq edilən "Azərbaycan 2020: Gələcəyə Baxış" İnkişaf Konsepsiyasının əsas müddəaları nəzərə alınmaqla işlənib. Strategiya Planı yaxın beş il üçün komitənin əsas fəaliyyət istiqamətləri üzrə planları və onun qurumları üçün biznes planları özündə birləşdirir. Strategiya Planının məqsədi komitənin fəaliyyətinin daha modern, şəffaf və çevik mexanizmlər əsasında qurulması, dövlət əmlakının idarə edilməsi, özəlləşdirilməsi və istifadəsi sahəsində səmərəliliyin artırılması, daşınmaz əmlak idarəçiliyinin, əmlakın qeydiyyatı və kadastr sisteminin mükəmməl vəziyyətə gətirilməsi, açıq sistemli ünvan reyestrinin yaradılmasına yönəlib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB