Osman Gündüz: “Optika” layihəsinə 400 milyon vəsait ayrılacaq
"Regionların rayon mərkəzlərində geniş zolaqlı internet xətləri olsa da, rayonların bir çox kəndlərində internet xətləri mövcud deyil". Bu barədə SİA-ya aşıqlamasında "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin rəhbəri Osman Gündüz bildirib.
Onun sözlərinə görə, kəndlərdə internetlə bağlı problem hələ də qalır: "Bu məsələ regionlarda olan köhnə infrastrukturla bağlıdır. Belə ki, sahibkarlar geniş zolaqlı internet şəbəkələrinin təchiz olunması üçün investisiya qoymaqda maraqlı deyillər. Çünki regionların kəndlərində internet istifadəçilərinin sayı bir o qədərdə çox deyil. Sahibkarın gəlirlərinin az olması onların kommersiyaya olan maraqlarını da azaldır. Bunu nəzərə alaraq gələn ildən dövlət tərəfindən rayonların kəndlərində "Optika" layihəsi həyata keçiriləcək.
Bu layihə çərçivəsində gələn il üçün 100 milyon manat məbləğində vəsait ayrılıb.
Ümumilikdə, bu layihə üçün 400 milyon vəsait ayrılacaq. Layihə regionlarda internetin inkişafına yönəlib və gələn ildən həyata keçiriləcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB