Fazil Talıblı: "50 dönər istehsalçısının fəaliyyətinə xitam verilib"
"Xammalın sertifikatlaşdırılmaması ilə bağlı olaraq cari ilin 10 ayı ərzində 50 dönər istehsalçısının fəaliyyətinə xitam verilib". Bu fikirləri SİA-ya açıqlamasında Standartlaşdırma, Meteorologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı bildirib.
Onun sözlərinə görə, fəaliyyəti dayandırılan obyektlərə daha öncə müəyyən xəbərdarlıqlar edilsə və cərimə sanksiyaları tətbiq olunsa da, bu müəssisələrdə dönər istehsalı ilə bağlı vəziyyət acınacaqlı olaraq qalır: "Dövlət qurumları qanunvericiliyin tələblərindən maksimum dərəcədə istifadə edərək daha çox tələbələrin və şagirdlərin "fastfood" olaraq qidalandığı dönər məhsullarının standartlara uyğun istehsal olunmasına çalışırlar. Bu istiqamətdə Standartlaşdırma, Meteorologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən dönər istehsalı ilə bağlı standart qəbul edilib. Bu standartın tətbiqi nəticəsində müsbət istiqamətdə xeyli dəyişiklik əldə edilib. Belə ki, artıq dönər istehsalçıları fəaliyyətlərini davam etdirmək üçün əldə etdikləri xammalı labarotoriyalarda yoxlatmaqla sertifikat alırlar. Komitəmiz tərəfindən dönər məhsullarının satış obyektlərinə nəzarət keçirərkən istehlak olunacaq xammalın sertifikatı tələb edilir. Məhsullar sertifikatlaşdırılmamış olduqda isə, inzibati xətalar məcəlləsinin tələblərinə əsasən tədbirlər görülür".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB