BTC kəməri ilə 2,3 milyon ton Azərbaycan nefti nəql olunub

BTC kəməri ilə 2,3 milyon ton Azərbaycan nefti nəql olunub

Cari ilin oktyabrında Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 393 min 605 ton Azərbaycan nefti nəql olunub. Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (ARDNŞ) SİA-ya verilən məlumata görə, 2013-cü ilin yanvar-oktyabr aylarında bu kəmərlə 24 milyon 940 min 693 ton neft ötürülüb. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2013-cü il noyabrın 1-ə qədər BTC-yə 230 milyon 392 min 507 ton neft vurulub.

Bundan başqa, cari ilin oktyabrında BTC kəməri ilə 90 min 342 ton Türkmənistan nefti nəql olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə