Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) "Ecorem" şirkəti ilə birlikdə "Abşeron yarımadasında neftlə çirklənmiş torpaqların remediasiyası və reabilitasiyası üzrə məsləhət xidmətləri" layihəsinə start verib. ARDNŞ-dən SİA-ya verilən məlumata görə, bununla bağlı Şirkətin Ekologiya üzrə vitse-prezidenti Rəfiqə xanım Hüseynzadə "Ecorem" şirkətinin Baş direktoru cənab Stefan Helsen ilə görüş keçirib. Görüş zamanı bildirilib ki, layihə çərçivəsində çirklənən torpaqların ətraf mühitə təsirinin qiymətləndirilməsi, risklərin modelləşdirilməsi, optimal monitorinq və remediasiyası texnologiyalarının müəyyənləşdirilməsi nəzərdə tutulur. ARDNŞ-nin vitse-prezidenti R.Hüseynzadə layihə çərçivəsində çirklənən toprpaqların təmizlənməsi üzrə ümumi yanaşmanın müəyyənləşdirilməsi və mümkün təmizləmə texnologiyalarının seçilməsi üzrə tövsiyələrini bildirib. "Ecorem" şirkətinin icraçı direktoru Stefan Helsen layihə üzrə görüləcək işlər barədə ətraflı məlumat verib.
Qeyd edək ki, "Ecorem" şirkətinin nümayəndələri 4-5 noyabr 2013-cü il tarixlərində Bakıda keçirilən "Neft sənayesində ətraf mühit məsələlərinə dünyəvi baxış" adlı Beynəlxalq konfransında iştirak ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB