“Alternativ və bərpa olunan enerji mənbələrindən istifadə sahəsində mövcud vəziyyət: nailiyyətlər və hədəflər”
Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyində (ABEMDA) ölkəmizdəki diplomatik korpus nümayəndələrinin iştirakı ilə "Alternativ və bərpa olunan enerji mənbələrindən istifadə sahəsində mövcud vəziyyət: nailiyyətlər və hədəflər" mövzusunda Dəyirmi Masa keçirilib. ABEMDA-nın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Dövlət Agentliyinin sədri Akim Bədəlov tədbir iştirakçılarını salamlayaraq 1994-cü il sentyabrın 20-də 8 ölkəni təmsil edən 13 şirkətin imzaladığı "Əsrin kontraktı" adlandırılan Müqavilə ilə Xəzər neftinin Avropa, dünya bazarlarına çıxarılmasına imkan yaradıldığını, 3 dənizi birləşdirən Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin çəkildiyini və bununla da neft-qaz sənayemizin geniş vüsətli inkişafının iqtisadiyyatın digər sahələrinin də tərəqqisinə böyük imkanlar açdığını, hazırda ölkəmizin ümumdaxili və adambaşına düşən məhsul istehsalına görə dünyanın ən öndə gedən dövlətlərindən biri olduğunu, Cənubi Qafqazın iqtisadiyyatının 80 faizinin hazırda Azərbaycanın payına düşdüyünü vurğulayıb.
Rəsmi Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin enerji mənbələrindən səmərəli istifadə olunması sahəsində dövlət siyasətini və tənzimlənməsini, bu sahədə fəaliyyətin əlaqələndirilməsini və dövlət nəzarətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı olduğunu qeyd edib: "Az müddət keçməsinə baxmayaraq, günəş, külək enerjisindən elektrik enerjisi almaq məqsədi ilə ölkəmizdə böyük işlər görülüb. Cari ilin mayından elektrik enerjisi istehsalına başlayan bu stansiyada ötən günədək 1 milyon kilovat/saat elektrik enerjisi istehsal edilərək "Azərenerji"yə təhvil verilib".
Agentliyin əməkdaşı Cəmil Məlikov isə strukturla bağlı ətraflı təqdimatla çıxış edib, görülən işlər, hədəflər, ayrı-ayrı layihələr barədə tədbir iştirakçılarını məlumatlandırıb.
Diplomatların, KİV nümayəndələrinin sualları cavablandırılıb, əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Tədbirdə çıxış edənlər Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələrindən istifadə sahəsində dövlət siyasətini həyata keçirən Dövlət Agentliyinin yaradılması və fəaliyyətini yüksək dəyərləndirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB