Neft bahalaşıb

Oktyabrın 24-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair dekabr müqaviləsinin dəyəri 0,25 dollar və ya 0,3% artaraq 1 barelə görə 97,11 dollar olub. SİA xəbər verir ki, oktyabrın 24-də ICE London qitələrarası birjasında dekabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 0,81 dollar və ya 0,8% azalaraq 106,99 dollar təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə