"Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin yaranmasının 1 illiyi münasibəti ilə 2014-cü il fevralın 1-dək jurnalistlər arasında "Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələrinin potensialı, istifadə imkanları, görülmüş işlər və perspektivlər" mövzusunda müsabiqə keçiriləcək". SİA xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri Akim Bədəlov bildirib.
Rəsmi qeyd edib ki, ən yaxşı yazıların müəllifləri mükafatlara, qiymətli hədiyyələrə layiq görüləcəklər: "Məsələ ilə əlaqədar agentliyin rəsmi saytında məlumat yerləşdiriləcək. Media nümayəndələrinə bu müsabiqədə uğurlar arzulayıram".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB