Aydın Hüseynov: “Sənayə sahəsinin İİN-nin təkibində fəaliyyət göstərməsi, daha məqsədə uyğundur” MÜNASİBƏT
"Sənaye sahəsinin İqtisadi İnkişaf Nazirliyinin (İİN) tərkibində fəaliyyət göstərməsi, daha məqsədə uyğundur". Bu sözləri iqtisadçı ekspert Aydın Hüseynov ölkə başçısı İlham Əliyevin İqtisadiyyat və Sənaye, Energetika Nazirliklərinin yaradılması ilə bağlı sərəncamından irəli gələn məsələlərə münasibət bildirərkən deyib. O bildirib ki, bu sahədə aparılacaq işlər daha çoxdur.
Onun sözlərinə görə, sahə ilə bağlı operativliyin, çevikliyin təmin olunması üçün belə bir sərəncam çox mühüm idi: "Bildiyiniz kimi, dövlətin iqtisadi siyasətinin əsas istiqamətləri artıq mövcuddur. Bunlardan biri ölkə iqtisadiyyatının neftdən asılılığının tamamilə aradan qaldırılması və qeyri-neft sektorunun inkişaf etdirilməsidir. Özəl sektorun inkişaf etdirilməsi çərçivəsində sənayə sahəsinin inkişafı əsas hədəflərdən biridir. Sənaye sahəsində əldə olunan nailiyyətlər daha yüksəkdir. Təkcə bu ilin 9 ayında sənayenin artımı 10.4 faiz təşil edib. Sənaye istiqamətində apacağımız işlər daha çoxdur və bu baxımdan da sahənin daha çevik idarə olunması üçün onun İqtisadi İnkişaf Nazirliyi ilə birgə fəaliyyət göstərməsi daha düzgündür".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB