Neft ucuzlaşıb

Oktyabrın 7-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair noyabr müqaviləsinin dəyəri 0,78 dollar və ya 0,8% azalaraq 1 barelə görə 103,06 dollar olub. SİA-nın xəbərinə görə, oktyabrın 7-də ICE London qitələrarası birjasında noyabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 0,20 dollar və ya 0,2% artaraq 109,66 dollar təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə