Hər zaman müştərilərinə yeni sığorta məhsulları hazırlayan "AtaSığorta" yeni "Avtodost" məhsulunu təqdim edir. "Kaskosığorta" məhsulu olan "Avtodost" özündə bir çox üstünlükləri birləşdirir. "AtaHolding"dən SİA-ya verilən məlumata görə, "Avtodost" məhsulunun yaradılmasında məqsəd insanların avtomobillərinə olan qayğılarını minimuma endirmək, onların vaxtına qənaət etmək və rahat həyat keçirmələrinə yardımçı olmaqdır.
"Avtodost" məhsulunu əldə edənlərin hər birinə avtomobil üçün videoqeydiyyat cihazı dərhal hədiyyə edilir. Bundan əlavə "Avtodost" məhsulu sahibləri bir il ərzində evakuasiya, alternativ avtomobil və yolda təmir xidmətlərindən də əlavə heç bir ödəniş etmədən istifadə edə biləcəklər. Həmçinin, müştərilərə ildə 1 dəfə pulsuz check-up (texniki müayinə) etdirmə imkanı, təklif olunan servislərdə təmir zamanı 10%-dək endirim və onlayn məsləhət xidmətləri də təklif olunur.
"Avtodost" haqqında əlavə məlumat üçün (012)936-a zəng etmək, yaxud www.atasigorta.az/avtodost saytına, www.facebook.com/AtaSigortaASC səhifəsinə daxil olmaqılar.
Qeyd edək ki, "AtaHolding" Şirkətlər Qrupuna daxil olan "AtaSığorta" 2004-cü ildən sığorta bazarında fəaliyyət göstərir. Şirkət 22 könüllü və 4 icbari sığorta növü üzrə müştərilərinə xidmət göstərir. İcbari Sığorta Bürosunun təsisçisi və iştirakçısıdır. "AtaSığorta" ASC-nin xidmət şəbəkəsinə 4 filial və 4 nümayəndəlik daxildir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB