Rövnəq Abdullayev: "Gəmi tikintisi zavodu ölkəmiz üçün böyuk əhəmiyyət kəsb edir"

ARDNŞ prezidenti 470 milyonluq layihədən danışdı
Rövnəq Abdullayev: "Gəmi tikintisi zavodu ölkəmiz üçün böyuk əhəmiyyət kəsb edir"

"Gəmi tikintisi zavodu 470 milyon dollara başa gəlib". Bu spzləri ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib.

R.Abdullayevin sözlərinə görə, bu vəsaitin 65 faizi SOCAR-ın, 25 faizi İqtisadi İnkişaf Nazirliyinin, 10 faizi isə "TPL" şirkətinin üzərinə düşür: "Gəmi tikintisi zavodunun 90 faiz Azərbaycana məxsusdur. Bu zavod ölkəmiz üçün böyuk əhəmiyyət kəsb edir. Azərbaycanda çıxarilan neftin 95 faizi dənizdə olduğun üçün, bizim tankerlərə ehtiyacımız var. Ümid edirik ki, bu zavod yeni neft layihələrimizə böyük xeyir verəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə