Nyu Yorkda Cənub Qaz Dəhlizi müzakirə ediləcək

Nyu Yorkda Cənub Qaz Dəhlizi müzakirə ediləcək

25 sentyabr 2013 tarixində Nyu York şəhərində keçiriləcək Xəzər Forumunda dünya liderləri bir araya gələrək Cənub Qaz Dəhlizini müzakirə edəcəklər. Xəzər Strateji İnstitutundan SİA-ya verilən xəbərə görə, dünya şöhrətli jurnalist, teleaparıcı Çarli Rouzun moderatorluq edəcəyi forumun çıxışçıları Azərbaycan Respublikası Xarici İşlər Naziri Elmar Məmmədyarov, Türkiyə Xarici İşlər Naziri Ahmet Davutoğlu, Bosniya və Herseqovina Xarici İşlər naziri Zlatko Lagumdzija, Gürcüstanın xarici işlər naziri Maia Panjikidze, Xorvatiya Baş Nazirinin birinci müavini və Xarici İşlər Naziri Vesna Pusik, Macarıstan Xarici İşlər Nazirliyinin Dövlət katibinin müavini Szabolcs Takacs, Albaniyanın Xarici İşlər Naziri Ditmir Bushati, İtaliyanın Xarici İşlər Naziri Emma Bonino, ABŞ-ın Enerji Araşdırmaları Bürosunun Beynəlxalq Enerji məsələləri üzrə xüsusi nümayəndəsi və koordinatörü Carlos Pascual, Avropa Birliyinin Enerji üzrə müvəkkili Günther H. Oettinger, Yunanıstan Xarici İşlər Naziri və Baş Nazirin müavini Evangelos Venizelos olacaq.

Qeyd edək ki, Xəzər Forumu, Xəzər Strateji İnstitutu (HASEN) tərəfindən təşkil olunur. Məqsəd, Cənub Qaz Dəhlizi layihəsini, layihə daxilindəki bütün ölkələrin bu layihəni gerçəkləşdirmək üçün birlikdə çalışmağa davam etməsinə töhfə verməkdir. Cənub Qaz Dəhlizinin həyata keçirilməsində ilk addım Trans Anadolu boru xətti Laliyəsi (TANAP)dır. Bu boru xətti çərçivəsində təxminən 10 milyard dollarlıq yatırım yatırılacaqdır. Şah Dəniz yatağından əldə ediləcək Azərbaycan qazı üçün müəyyən olunan ilk daşıma tutumu 16 milyard kub metrdir. İlk təbii qaz nəqlinin 2019-cu ilin əvvəlində reallaşdırılması gözlənilir.

Cənubdan Avropaya nəql edilən 4-cü təbii qaz koridorunun açılması yolunda atılan önəmli addımlardan biri də Trans Adriatik Boru Kəməri (TAP)dır, bu, TANAP ilə daşınan təbii qazın Yunanıstan, Albaniya və İtaliya üzərindən Avropaya nəql edilməsi üçün Şah Dəniz Konsorsiyumu tərəfindən seçilən layihədir. Xəzər Strategiya İnstitutu regional enerji və nəqliyyat layihələrini, bölgədə daha firavan və işbirlikçi bir ortamın yaradılması üçün önəmli bir katalizator olaraq dəyərləndirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə