WTI markalı neft bahalaşıb

Sentyabrın 18-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair oktyabr müqaviləsinin dəyəri 2,84 dollar və ya 2,7% artaraq 1 barelə görə 108,26 dollar olub. SİA-nın xəbərinə görə, sentyabrın 18-də ICE London qitələrarası birjasında noyabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 2,53 dollar və ya 2,3% artaraq 110,68 dollar təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə