2013-cü ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 412,7 manat təşkil edib. Dövlət Statistika Komitəsindən SİA-ya verilən məlumata görə, orta aylıq nominal əmək haqqı keçən ilin müvafiq dövrünə nisbətən 6,9 faiz artıb.
Digər fəaliyyət növləri ilə müqayisədə mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, informasiya və rabitədə, peşə, elmi və texniki fəaliyyət sahəsində, tikintidə, inzibati və yardımçı xidmətlərin göstərilməsi sahələrində orta aylıq nominal əmək haqqı daha yüksək olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB