Ərçivan-Şuvi-Alaşa-Qapıçıməhəllə avtomobil yolu istifadəyə verilib FOTO
Prezident İlham Əliyev sentyabrın 4-də Astara rayonuna səfəri çərçivəsində Ərçivan-Şuvi-Alaşa-Qapıçıməhəllə avtomobil yolunun açılışında iştirak edib. SİA-nın məlumatına görə, dövlət başçısı yolun rəmzi açılışını bildirən lenti kəsib.
Prezident İlham Əliyevə məlumat verilib ki, 2013-cü il 15 iyul tarixli müvafiq Sərəncam ilə Ərçivan-Şuvi-Alaşa-Qapıçıməhəllə və Siyaku-Rinə avtomobil yollarının inşasına 3,3 milyon manat vəsait ayrılıb. Ümumi smeta dəyəri 2 milyon 680 manat olan Ərçivan-Şuvi-Alaşa-Qapıçıməhəllə avtomobil yolunun tikintisinə cari ilin aprelində başlanıb və bu günlərdə başa çatdırılıb. Yolun uzunluğu 13,5 kilometr, asfalt örtüklü hərəkət hissəsinin eni isə 6 metrdir. Yol boyunca 1 körpü və 20 su ötürücüsü tikilib.
Bildirilib ki, Ərçivan-Şuvi-Alaşa-Qapıçıməhəllə avtomobil yolu 24 min nəfər əhalisi olan 17 yaşayış məntəqəsini əhatə edir. Yeni yolla tanış olan Prezident İlham Əliyev tapşırıq və tövsiyələrini verib.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB