Şirvanda yeni inzibati binaların açılışı olub FOTOLAR

Şirvanda yeni inzibati binaların açılışı olub FOTOLAR

Bu gün Şirvan şəhərində DİN-nin Baş Pasport qeydiyyat və miqrasiya idarəsinin regional şöbəsinin müasir tələblər səviyyəsində inşa olunmuş inzibati binasının açılşı olub. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, açılış mərasimində Daxili İşlər Nazirinin müavini, general leytenant Əsgər Ələkbərov, Şirvan şəhər icra hakimiyyətinin başçısı Mərdan Camalov və hüquq mühafizə orqanlarının rəhbərləri iştirak ediblər.

Regional şöbənin rəisi polis polkovnik-leytenantı Azad Rəşidov qonaqlara inzibati binanın daxili otaqlarınıda yaradılmış şərait barəsində məlumat verərək bildirib ki, vətəndaşlara bundan sonra yeni biometrik pasportlar veriləcək. Biometrik pasportların əvvəlki pasportlardan fərqi ondan ibarətdir ki, yeni qaydalarla biometrik vətəndaşlıq pasportu 34 vərəqli deyil 50 vərəqlidir və eyni zamanda pasportlarda vətəndaşların barmaq izləri, çipeslər olacaqdır. Sənədlərin qəbul olunmasıda tam avtomatlaşdırılmış texniki qaydalarla həyata keçiriləcək.

Yeni binanın açılışı münasibəti ilə qonaqlar kollektivə uğurlar arzulayaraq vətəndaşlara yeni biometrik pasportlar təqdim ediblər.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə