Misirə silah satışı müvəqqəti dayandırılıb

Misirə silah satışı müvəqqəti dayandırılıb

Çexiyanın silah istehsalı ilə məşğul olan "Çeska Zbroyovka" şirkəti bağlanmış müqaviləyə əsasən Misirin Daxili İşlər Nazirliyinə 50 min ədəd tapançanın göndərilməsini müvəqqəti olaraq dayandırıb. SİA-nın İnterfaks agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə şirkətin nümayəndəsi Karl Şimanek məlumat verib. Onun sözlərinə görə, Misirə silah satışı ilə bağlı müqavilə bu ilin mayında imzalanıb. İndiyə kimi 15100 ədəd CZR-07 markalı tapança göndərilib. Qalan hissənin nə vaxt göndəriləcəyi sualına isə Şimanek cavab verməyib.

"Çeska Zbroyovka" Çexiyanın ən böyük silah istehsal edən müəssisəsidir, Uxersk Brod şəhərində yerləşir. Burada ilk silah istehsalına XIX əsrin 30-cu illərində başlanıb. Müəssisə 2012-ci ildə 180 min ədəd silahlar istehsal edib.

Qeyd edək ki, dünən Avropa ittifaqının 28 ölkəsinin xarici işlər nazirlərinin iclasında Misirə silah satışına müvəqqəti olaraq embarqo qoyulması barədə qərar qəbul edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə