Neft ucuzlaşıb

İyulun 30-da Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair sentyabr müqaviləsinin dəyəri 1,47 dollar və ya 1,5% azalaraq 1 barelə görə 103,8 dollar olub. SİA-nın xəbərinə görə, iyulun 30-da ICE London qitələrarası birjasında sentyabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 0,54 dollar və ya 0,5% azalaraq 106,91 dollar təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə