Özəl pilot taxılçılıq təsərrüfatında rekord məhsuldarlıq

Özəl pilot taxılçılıq təsərrüfatında rekord məhsuldarlıq

Ağcabədi və Beyləqan rayonlarının ərazisində yaradılmış ilk özəl pilot taxılçılıq təsərrüfatında buğda biçini başa çatıb. İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, 1875 hektar sahədən 10 min tondan çox yüksək keyfiyyətli ərzaq buğdası əldə olunub. Bu isə rekord həddə - hər hektardan 55 sentner taxıl deməkdir. Yığılan məhsulun əsas hissəsi Dövlət Taxıl Fonduna təhvil veriləcək, bir hissəsi isə təsərrüfatın istifadəsində saxlanılacaq.

Məlumat üçün bildirək ki, hazırda dövlət başçısının tapşırığına uyğun olaraq, ərzaq təhlükəsizliyinin tam təmin olunmasında xüsusi əhəmiyyət kəsb edən daha 40-50 bu cür iri özəl taxıl təsərrüfatının yaradılması işləri aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə