“AtaTravel” MMC-dən xüsusi təklif

“AtaTravel” MMC-dən xüsusi təklif

"AtaTravel" MMC turizm agentliyi cəmi 220 manata Macarıstana turist səfəri təklif edir. "Ata Holding"-dən SİA-ya verilən məlumata görə, turizm mövsümünün ən pik vaxtında bizim turistlər Budapeştdə olmaq imkanı əldə edəcəklər. Turun qiymətinə Bakı-Budapeşt-Bakı aviauçuşu, Macarıstanın paytaxtında yerləşən "Medos" otelində bir dəfə səhər yeməyi daxil olmaqla üç gecə və dörd gün qalmaq, Budapeştin gəzməli yerlərinə bir günlük ekskursiya daxildir.

"AtaTravel" şirkətinin baş direktoru Vüsal Əliyev qeyd edib ki, bu təklif "Wizz Air" aviaşirkətinin Bakı-Budapeşt-Bakı birbaşa aviareysi açıldıqdan sonra bizim turistlərin Macarıstana artan marağından irəli gələrək işlənib hazırlanıb: "Biz əminik ki, Azərbaycan turistləri Macarıstana turun keyfiyyətindən razı qalacaq. Belə ki, bizim tərəfdaşımız və qəbul edən tərəf qabaqcıl macar tur-operatoru "1000 Yoldur"".

Məlumdur ki, turizm Macarıstan iqtisadiyyatının əsas hissələrindən biridir. Bənzərsiz paytaxt-kurort Budapeşt, qonaqpərvərlik, min illik mədəniyyət, məsum təbiət, şəfalı sular, musiqi və xalq yaradıcılığı, Balaton gölü, tarixi abidələr, aktiv istirahət, macar mətbəxi, yaxşı alış-veriş – Macarıstan turizm sənayesinin başlıca tərkib hissələridir.

Qeyd edək ki, "AtaHolding" ASC Şirkətlər Qrupuna daxil olan "AtaTravel" MMC turizm agentliyi 2011-ci ildə təsis edilib. "AtaTravel" MMC turizm agentliyi dünyanın istənilən nöqtəsinə səfərlər üzrə çoxsaylı xidmətlər təqdim edir. Şirkət öz müştərilərinə otellərin, transferlərin, təyyarə biletlərinin və turların, sığorta və vizaların verilməsi üzrə xidmətlər göstərir.

Bütün xəbərlər Facebook səhifəmizdə