ƏMDK sədri Zaqatalada görüş keçirəcək

ƏMDK sədri Zaqatalada görüş keçirəcək

Azərbaycan Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov tərəfindən Zaqatala şəhərində vətəndaşların bölgə qəbulu keçiriləcək. Əmlak Məsələləri Dövlət Komitəsinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görüş iyulun 20-də baş tutacaq. Qəbulda Zaqatala, Şəki, Balakən, Qax və Oğuz rayonlarının sakinləri iştirak edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə