Ailə başçısını itirməyə görə pensiyalar avtomatlaşdırılacaq

Ailə başçısını itirməyə görə pensiyalar avtomatlaşdırılacaq

"Ailə başçısını itirməyə və əlilliyə görə pensiyaların avtomatlaşdırılmış təyinatına keçiləcək". SİA-nın xəbərinə görə, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov jurnalistlərə açıqlamasında belə deyib.

Sədrin sözlərinə görə, bu sistemin həyata keçirilməsi gələcək üçün nəzərdə tutulub: "Gələcəkdə müvafiq orqanlar tərəfindən avtomatlaşdırılmış baza formalaşdıqdan, eləcə də ailələrin üzvləri haqda məlumatlar toplandıqdan sonra qeyd etdiyim kateqoriyalar üzrə pensiyaların avtomatlaşdırılmış təyinatına keçməyi düşünürük".

Bütün xəbərlər Facebook səhifəmizdə