Litva Prezidenti Dalya Qribauskayte Avropa rəhbərlərinin Brüsseldə keçirilmiş görüşü çərçivəsində Litva jurnalistlərinə deyib ki, o, Azərbaycandan qazın Avropa İttifaqının təklif etdiyi "Nabukko" vasitəsilə deyil, "Cənub axını" ("Southern Stream") vasitəsilə nəql ediləcəyi xəbərini müsbət qiymətləndirir. Beləliklə, Litva qazın bu dəhliz vasitəsilə alınmasının hətta nəzəri mümkünlüyündən də azad olacaq. Onun sözlərinə görə, bu fakt təbii maye qaz terminalının tikintisini sürətləndirəcək.
Litva dövlətinin başçısı deyib: "Biz təbii maye qaz terminalının tikintisini tez başa çatdıracağıq və bizim tezliklə maye qaz bazarına çıxmaq imkanımız yaranacaqdır. Qaz dünyası dəyişir, maye qaz bazarında inqilab baş verir və bu vəziyyətdən istifadə etmək lazımdır. "Qaz kəməri ilə əlaqəni" kəsməliyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB