Nəqliyyat nazirləri “Bakı-Tbilisi-Qars” dəmiryolu layihəsini müakirə edir
Türkiyənin Qars şəhərində bu gün "Bakı-Tbilisi-Qars yeni dəmir yolu bağlantısı" layihəsinin həyata keçirilməsi üzrə Nazirlər Görüşünün VI iclası işə başlayıb.
SİA-nın Nəqliyyat Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, ölkəmizi iclasda nəqliyyat naziri Ziya Məmmədov təmsil edir. Azərbaycan, Türkiyə və Gürcüstanın müvafiq nazirlikləri arasında yaradılmış Üçtərəfli Nazirlər Görüşündə layihənin icra vəziyyəti, həmçinin yaranmış problemlərin müzakirə olunması, razılaşdırılmış qərarların qəbul edilməsi nəzərdə tutulub. Eyni zamanda, Azərbaycanın maliyyə dəstəyi ilə Gürcüstan ərazisində aparılan tikinti işlərinin gedişi, hər üç tranzit potensialının genişləndirilməsində strateji əhəmiyyət kəsb edən dəmir yolu infrastrukturunun yeniləşdirilməsi istiqamətində aparılan işlər də müzakirə mövzusu olacaq.
Xatırladaq ki, iyunun 4-də Ankarada keçirilmiş görüşdə "Azərbaycan, Türkiyə və Gürcüstan arasında dəmir yolu ilə yük və sərnişin daşıması haqqında" Saziş layihəsi üç ölkənin dəmir yolu ekspertlərinin iştirakı ilə müzakirə edilərək ilkin razılıq əldə olunub.
Bakı-Tbilisi-Qars layihəsi ilə yanaşı, Bakının yaxınlığında yeni müasir beynəlxalq dəniz ticarət limanının tikintisi, eləcə də Bosfor boğazında dəmir yolu tunelinin inşası, Çin və Mərkəzi Asiyadan yüklərin Qafqaz üzərindən birbaşa 4-cü Pan Avropa dəhlizinə çıxmaqla Avropaya və əks istiqamətdə daşınması üçün əlverişli şərait yaradacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB