Neft ucuzlaşıb

Ötən həftə Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair avqust müqaviləsinin dəyəri 1,52% azalıb və 1 barelə görə 93,69 dollar təşkil edib.

SİA-nın məlumatına görə, iyunun 21-də ICE London qitələrarası birjasında avqustda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 0,21 dollar və ya 1,21% azalaraq 100,91 dollar olub.

Bütün xəbərlər Facebook səhifəmizdə