Qara dəniz Ticarət və İnkişaf Bankının mişdir
Bu gün Bakıda Azərbaycan Respublikasının sədrliyi ilə Qara dəniz Ticarət və İnkişaf Bankının Rəhbərlər Şurasının (QTİB) 15-ci illik toplantısı keçirilib. Açılış mərasimində çıxış edən bankın Rəhbərlər Şurasının sədri, Azərbaycanın maliyyə naziri Samir Şərifov iştirakçıları salamlayaraq QTİB-in 15-ci yubiley toplantısının Bakıda keçirilməsini əlamətdar hadisə kimi qiymətləndirib. Artıq üçüncü gündür ki, QTİB-nin illik toplantısı çərçivəsində müxtəlif toplantıların, o cümlədən Azərbaycan Biznes Forumunun keçirildiyini xatırladan nazir qeyd edib ki, bütün bu tədbirlərədə Azərbaycanın son illərdə əldə etdiyi naliyyətlər, investisiya potensialı və biznes imkanları təqdim olunub, regional əməkdaşlığın yeni istiqamətləri, o cümlədən özəl sektorun inkişafı, iqtisadi strategiyanın təşkili mövzularında vacib müzakirələr aparılıb, müxtəlif ölkələrin təcrübələrini bölüşmək imkanları araşdırılıb. Rəhbərlər Şurasının bu gün keçirilən sessiyasında isə bölgə iqtisadiyyatında QTİB-in rolu, quruma üzv ölkələrin birgə əməkdaşlığının maliyyə institutları və özəl sektorun inkişafına müsbət təsiri, avrozonada iqtisadi böhranın bankın üzv ölkələrinə mənfi təsirləri və onların qarşısının alınması, eyni zamanda, hazırki iqtisadi şəraitdə bankda təmsil olunan ölkələrin şirkətlərinə daha çox maliyyə resurslarının ayrılması məsələləri müzakirə olunub.
Bu gün iqtisadi çətinliklərlə üzləşən bəzi QTİB üzv ölkələrində iqtisadiyyatın dirçəlməsi üçün əməli tədbirlər həyata keçirdiyini qeyd edən S.Şərifov bunun nəticəsinin əsasən həmin ölkələrdə kiçik və orta sahibkarlığın maliyyələşdirilməsində özünü göstərdiyini bildirib.
Qeyd olunub ki, bu müzakirələr üzv ölkələr arasında bank və biznes sahəsində mövcud imkanların və potensialın genişləndirilməsi üçün çağırışların həllinə effektiv təsir göstərmək baxımından böyük əhəmiyyət daşıyır.
QTİB-in prezidenti Andrey Kondakov isə öz çıxışında bankın 2012-ci ildəki fəliyyəti, əldə olunan naliyyətlər və qarşıda duran vəzifələri barədə hesabat verib.
İllik iclasın açılış sessiyasında banka üzv olan ölkələrin nümayəndə heyətlərinin rəhbərləri, Qara Dəniz İqtisadi və Əməkdaşlıq Təşkilatı Baş katibinin müavini, Qara Dəniz İqtisadi Əməkdaşlığın Biznes Şurasının baş katibi habelə, QTİB-də müşahidəçi qismində iştirak edən beynəlxalq maliyyə qurumlarının - Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korparasiyası, Beynəlxalq İnvestisiya Bankı, Avstrya İnkişaf Bankı, KFW İnkişaf Bankı, Nordic İnvestisiya Bankı və Vneshekonombankın təmsilçiləri və sessiyada qonaq qismində iştirak edən ECO Ticarət və İnkişaf Bankının prezidenti QTİB-nın Qara dəniz regionu ölkələrinin inkişafında rolunu qeyd edərək birgə əməkdaşlığn əhəmiyyətindən və nəticələrindən söz açıblar.
İclasın açılış sessiyasının iştirakıları tədbirin yüksək səviyyədə təşkilinə, yaradılan şəraitə və göstərilən qonaqpərvərliyə görə Azərbaycan hökumətinə minnətdarlıqlarını bildiriblər, eyni zamanda, Azərbaycanda gedən sürətli inkişaf, iqtisadi dirçəliş və böyük quruculuq işlərini yüksək qiymətləndiriblər.
İcalasın biznes sessiyasında QTİB-in Rəhbərlər Şurası 2012-ci il üzrə illik hesabatı və illik audit olunmuş maliyyə hesabatlarını təsdiq etmiş, xalis gəlirin istifadəsinə dair qərar qəbul olunub. Bununla yanaşı, bankın Rəhbərlər Şurasında sədrliyin Bakı toplantısından sonra Bolqarıstana keçməsi və bankın Rəhbərlər Şurasının 16-cı illik iclasının Sofiyada keçirilməsi qərara alınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB