Azərbaycan Dövlət Neft Şirkəti Yunanıstanın təbii qaz nəqli sisteminin operatoru olan DESFA şirkətinin səhmlərinin 66%-nin satın alınması barədə Yunanıstan Respublikasının Əmlakının İdarə Edilməsi Fondu (HRADF/TAIPED) ilə prinsipial razılığın əldə olunduğunu bəyan edib. Dövlət Neft Şirkətindən SİA-ya verilən məlumata görə, SOCAR və HRADF-ın məşvərətçi qrupları hazırda sazişin son texniki məsələləri üzərində işləyirlər. SOCAR-ın prezidenti cənab Rövnəq Abdullayev bildirib ki, DESFA-nın satın alınması haqqında qərar Yunanıstan və Azərbaycan arasında mövcud olan yüksək səviyyəli ikitərəfli münasibətlərin, həmçinin SOCAR və Yunanıstanın aparıcı enerji şirkətləri arasında əlaqələrin təzahürüdür.
Onun sözlərinə görə, Xəzər regionunda təbii qaz kəmərləri sisteminin istismarı sahəsində böyük təcrübə qazanmış SOCAR Avropa Birliyi ölkələrində bu tipli layihə Yunanıstanda fəaliyyətə başlamaq əzmindədir. SOCAR Yunanıstanda əməkdaşlığın gələcəyinə nikbin baxır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB