Yunanıstanda hər 4 nəfərdən biri işsizdir

Yunanıstanda hər 4 nəfərdən biri işsizdir

Avropadakı iqtisadi böhran səbəbindən Yunanıstanda işsizlik həddi 27 faizi keçib. SİA-nın Euronews-a istinadən verdiyi məlumata görə, rəsmi Yunanıstanda hər 4 nəfərdən biri işsizdir. İşsizliyin müvəqqəti xarakterli olduğunu deyən Yunanıstanın baş naziri Antonis Samaras bildirib ki, qısa zaman ərzində ölkənin sosial həyatındakı problemlər aradan qalxacaq. Lakin hökumət başçısından fərqli olaraq, ölkə əhalisi məsələyə pessimist yanaşır. Ölkədə getdikcə bahalılığın artdığını deyən insanlar aylıq qazanclarının 100 avroya qədər endiyini bildirib.

Qeyd edək ki, 5 il ərzində iqtisadiyyatı 20 faiz həddində azalan Yunanıstan bütün ümidlərini yay mövsümünün gəlməsi ilə əlaqədar turizmə bağlayıb. Turistlərin diqqətini ölkəyə yönəltmək üçün otellər qiymətləri 45 faiz azaldıb. Lakin Afina Otellər Dərnəyi rəhbəri Alexandros Vassilikos bildirib ki, ölkənin turizm sektorunda qiymətlər ucuzlaşmasına baxmayaraq, turistlərin sayında azalma var.

Bütün xəbərlər Facebook səhifəmizdə