Brent nefti bahalaşıb

Dünya bazarlarında neftin qiyməti müxtəlif istiqamətlər üzrə dəyişib. SİA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, ötən gün Nyu-Yorkun NYMEX birjasında keçirilən hərracda WTI markalı yüngül neftin qiyməti ucuzlaşıb.

Belə ki, bu markadan olan neftin iyul fyuçerslərinin bir bareli 0.10 dollar düşərək 94.66 dollar təşkil edib.

İyunun 6-da Londonun İCE birjasında isə "qara qızıl"ın qiyməti cüzi olaraq artıb. Belə ki, "Brent" markalı neftin bir bareli 0.05 dollar yüksələrək bir barel üçün 103.66 dollar olub.

Bütün xəbərlər Facebook səhifəmizdə