"Excelsior Hotel Baku" oteli və "AtaBank" ASC-nin dəstəyi, "AtaHolding" ASC, "Xəzər" və "Turan" İntellektual klublarının təşkilatçılığı ilə "AtaHolding" Şirkətlər Qrupunun əməkdaşları arasında 28 May Respublika gününə həsr edilmiş breyn-rinq intellektual oyunu keçirilib. İntellektual səviyyənin yüksəldilməsinə yönəldilmiş layihələri daim dəstəkləyən "AtaHolding" ASC bu dəfə öz əməkdaşları arasında breyn-rinq yarışı keçirməyi qərara alıb. Tədbirdə çıxış edən holdinqin idarə heyətinin sədr müavini Rəşad Rəsulov deyib ki, bu gün Azərbaycan xalqı öz müstəqilliyinin 95-ci ilini qeyd edir: "Bununla əlaqədar holdinqin əməkdaşları arasında breninq intellektual yarışmasını təşkil etmişik. Məqsədimiz əməkdaşlarımızı bir araya gətirərək bu günü bilikdə qeyd etmək, сumhuriyyət dəyərlərimizi onlara aşılamaq və asudə vaxtlarının səmərəli keçməsini təşkil etməkdir".
İntellektual oyunda "AtaHolding" ASC, "AtaBank" ASC-nin iki "AtaCart", "Fortuna", "AtaSığorta" ASC, "Excelsior Otel Baku" və "VTB Bank Azərbaycan" ASC komandaları iştirak ediblər. Çox maraqlı yarışmanın gedişində oyunçular müxtəlif elm sahələrində, mədəniyyət, ədəbiyyat, Azərbaycan tarixi üzrə biliklərini nümayiş etdiriblər. Breyn-rinq yarışmasında birinci yerə "AtaBank" ASC-nin "AtaKart" komandası, ikinci yerə "AtaTexnologiya" komandası və üçüncü yerə "Excelsior Hotel Baku" komandası çıxıb. Sonda qalib komandalara sertifikat və hədiyyələr təqdim edilib.
Qeyd edək ki, "AtaHolding" ASC sosial proqramlarda, xeyriyyəçilik tədbirlərində fəal iştirak edir, həmçinin, ölkədə mədəniyyət və incəsənətin inkişafı, təhsilin səviyyəsinin yüksəldilməsi sahəsində layihələri dəstəkləyir. 2008-ci il noyabrın 19-da holdinq BMT-nin sosial məsuliyyət sahəsində Qlobal Təşəbbüsünə qoşulub. Bu gün "AtaHolding" ASC Korporativ Sosial Məsuliyyət sahəsində bir neçə uzunmüddətli sponsor layihələrini həyata keçirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB