“AtaTravel” turistləri Azərbaycanla tanış edib

“AtaTravel” turistləri Azərbaycanla tanış edib

"AtaTravel" MMC-nin təşkilatçılığı ilə Malayziyadan paytaxt Bakıya turist qrupu gəlib. "Ata Holdinq"-dən SİA-ya verilən məlumata görə, "AtaTravel" MMC-nin nümayəndələri, turist qrupuna Bakı şəhərinin görməli yerlərini, Azərbaycanın regionlarının kurort zonalarını göstərib, eyni zamanda onları Azərbaycan xalqının zəngin tarixi, mədəniyyəti, milli mətbəxi ilə tanış ediblər. Səfərin sonunda isə qrup Gürcüstana yola düşəcək.

"AtaTravel" MMC-nin baş direktoru Vüsal Əliyev isə öz növbəsində bu səfərin əhəmiyyətindən danışıb. O, bildirib ki, Azərbaycana turist səfərlərinin təşkili ölkəmizə artan marağın göstəricisi və şirkətin uğurlu xarici fəaliyyətinin nəticəsidir: "Xüsusən uzaq ölkələrdən gələn qonaqlar üçün Azərbaycan və Gürcüstan üzrə kombinə edilmiş turlar həyata keçirilir və bunlar getdikcə populyarlaşır".

Uzaq Malayziyadan gəlmiş qonaqlar Bakıdakı möhtəşəm quruculuq işlərinə və onun qədim arxitekturasının ultramüasir qurğularla unikal ahənginə heyran qalıblar.

Qeyd edək ki, "AtaHolding" Şirkətlər Qrupuna daxil olan "AtaTravel" MMC turizm agentliyi 2011-ci ildə təsis edilib. "AtaTravel" MMC turizm agentliyi dünyanın istənilən nöqtəsinə səfərlər üzrə çoxsaylı xidmətlər təqdim edir. Şirkət öz müştərilərinə otellərin, transferlərin, təyyarə biletlərinin və turların, sığorta və vizaların qabaqcadan bronlaşdırılması üzrə xidmətlər göstərir. Həmçinin, əlverişli kreditlə tur-paketlər əldə etmək mümkündür.

"AtaTravel" MMC-nin xidmətləri barədə daha geniş məlumat almaq üçün internetdə http://www.facebook.com/AtaTravelLtd?fref=ts səhifəsinə müraciət etmək olar.

Nərmin Nəsirli

Bütün xəbərlər Facebook səhifəmizdə