Mərkəzi Bank tərəfindən kredit faizlərinin aşağı salınması istiqamətində dərin tədqiqat işləri aparılır
Mərkəzi Bank tərəfindən kredit faizlərinin aşağı salınması istiqamətində dərin tədqiqat işləri aparılır. Bu işlər yekunlaşdıqdan sonra nəticələri media və ictimaiyyətə açıqlanacaq. SİA-nın xəbərinə görə, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov kredit faizlərinin aşağı salınmasına dair məsələyə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, kredit faizlərinin aşağı salınması bütövlükdə dövlətin işi deyil: "Belə ki, faiz dərəcələri əsasən bazarda cari vəziyyətlə bağlıdır. Dövlətin banklara kreditlərin verilməsi üçün qoyduğu faiz dərəcələri kifayət qədər aşağıdır. Dövlətin faiz dərəcələrinin aşağı səviyyədə olmasına baxmayaraq, kredit dərəcələri bu qədər yüksəkdir. Təbii ki, bunun da obyektiv və bazarla bağlı səbəbləri var. Söhbət inzibati yollarla təsirlərdən deyil, bu amilləri bilərək yüksək faiz dərəcələrinin hansı iqtisadi amillərlə formalaşmasından, bunların idarə olunmasından gedir. Burada həmçinin bankların riskləri, yüksək xərcləri amilləri dayanır. Tədqiqat bütün bu aspektləri əhatə edir və bu işlər başa çatdıqdan sonra Azərbaycanda aşağı faizli kreditlərin olması üçün görüləcək işlərlə bağlı əlimizdə tam bir mənzərə olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB