Elman Rüstəmov: "Avronun qiymətinin düşməsi valyuta ehtiyatımıza təsir göstərməyib"

Elman Rüstəmov: "Avronun qiymətinin düşməsi valyuta ehtiyatımıza təsir göstərməyib"

"Dünyada maliyyə böhranı baş verən gündən avronun qiyməti düşür. Amma həm Mərkəzi Bank, həm də Azərbaycan Respublikası Dövlət Neft Fondu valyuta ehtiyatlarını kifayət qədər diversifikasiya edib".

SİA-nın xəbərinə görə, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov avronun qiymətinin düşməsinin valyuta ehtiyatımıza təsirindən danışarkən deyib.

Onun sözlərinə görə, avronun qiymətinin düşməsi mütləq mənada valyuta ehtiyatlarımızın yenidən qiymətləndirilməsi istiqamətinə həm müsbət, həm də mənfi təsir göstərib: "Amma bunu nəzərə almırıq. Bu da optimal şəkildə onun diversifikasiyasını tələb edir. Biz artıq bunu etmişik. Ona görə də heç bir narahatçılıq yoxdur".

Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə