Avrozona iqtisadiyyatı üzləşdiyi böhran səbəbindən günü-gündən kiçilir. Rəsmi statistik məlumatlara görə, bu qitənin iqtisadiyyat tarixində ən uzun sürən böhrandır. SİA-nın Euronews-a istinadən verdiyi məlumata görə, 2013-cü ilin 3-ayı ərzində Avrozonanın ÜDM-i 0,2 faiz azalıb. 2012-ci ildə bu statistik göstərici 0,6 faiz olub. Avropa Statistika idarəsi "Avrostatın" məlumatına görə, iqtisadiyyatdakı azalma 2011-ci ildən başlayıb. İqtisadiyyatdakı azalma mənfi təsirini Almaniyada yox, Avropanın ikinci böyük dövləti Fransada göstərib.
Avropa Mərkəzi Bankının rəhbəri Jan Kloud Trişe bildirib ki, Avrozona hazırda çox ağır bir mərhələ keçirir. Onun sözlərinə görə, bu proses istər istehlakçıların, istərsə də bank əmanətçilərinin güvəninə təsir edən haldır.
Qeyd edək ki, İspaniya, Portuqaliya, Yunanıstan, İtaliya dövlətlərinin iqtisadiyyatındakı azalma dayanıb. Ekspertlərin fikrincə, hazırda büdcə kəsirlərinə gedən Avrozona iqtisadiyyatı 2015-ci ildən etibarən problemlərdən azad olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB