Ötən ay Dövlət Sosial Müdafiə Fondu sistemində 1271,5 min nəfər pensiyaçı qeydiyyatda olub və ölkə əhalisinin 13,8 faizini təşkil edib.
Dövlət Statistika Komitəsindən SİA-ya verilən məlumata görə, təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,8 faiz artaraq 152,9 manat təşkil edib.
2013-cü ilin yanvar-mart aylarında pensiya və müavinətlərin maliyyələşdirilməsinə 605,5 milyon manat və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,5 milyon manat və ya 1,1 faiz çox vəsait yönəldilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatlarına görə, aprel ayının 1-i vəziyyətinə 311,0 min nəfərə sosial müavinətlər təyin olunub. Bu ilin aprel ayının 1-i vəziyyətinə ölkədə 123,3 min ailənin 542,8 min nəfər üzvü ünvanlı dövlət sosial yardımı alıb və hər bir nəfərə orta hesabla 26,8 manat ödənilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB