Lerik rayonunundaha iki yaşayış məntəqəsi qazlaşdırılıb FOTOLAR
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 14 aprel 2009-cu il "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında 80 nömrəli Fərmanı Lerik rayonunda da uğurla icra edilir. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti "Azəriqaz" İstehsalat Birliyinin Tikinti departamentinin rəis müavini Kamran Cəfərov, İctimaiyyətlə əlaqələr departamentinin rəisi müavini Tahir Kazımov, rayon icra hakimiyyəti başçısı Rövşən Bağırovun, rayon hüquq mühafizə orqanları və rayonun idarə müəssisə rəhbərlərinin, kənd sakinlərinin, ictimaiyyətin nümayəndələrinin iştirakı ilə Çayrud, Mistan, Diqovdərə, Perzora, Xəlifəkənd və Tatoni kəndlərinə qaz verilib.
Ümumilikdə rayon üzrə 3101 əhali abonenti və 23 hüquqi və fiziki şəxs mavi yanacaqdan istifadə edir.Həmçinin rayonun Ordahal, Zəriküməco, Monidigah, Anzolu, Təngəbin, Nuravud, Zardəbərə, Hıramo, Yuxarı Bilnə, Livədirqə, Qədiməkücə, Nıso-Murya, Murya, Durğan, Əvilə, Mastail, Qosmalian, Hiveri və Halabın kəndlərinə qaz xətləri çəkilir. Masallı-Lerik yüksək təzyiqli qaz xətti üzərində yerləşən Kiravud, Əliabad, Nücü, Şingədulan, Nüvədi və Noda inzibati ərazi vahidlərində yerləşən 34 yaşayış məntəqəsinə qaz xəttinin çəkilməsi üçün "Azəriqaz" İstehsalat Birliyinə müraciətlər edilib, müvafiq qurumlar tərəfindən layihə-smeta sənədləri hazırlanıb, yaxın günlərdə qaz xətlərinin çəkilişinə başlanılacaqdır.
Qeyd edək ki, 2006-cı ildə Lerik şəhəri və 2011-ci ildə şəhərə bitişik ərazidə yerləşən Cəngəmiran, Perzəkücə, Xəlifəkücə, Osnağakücə, Blaband, Lüləkəran kəndləri, 2012-ci ilin dekabr ayında Piran, Hamarmeşə, Andurma, Anbu və Rvarud kəndləri, 2013-cü ilin mart ayında isə Barzavu, Rəzgov və Şinəband kəndləri mavi yanacaqla təmin edilib.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB