Avropa Birliyi Fransa və Almaniyadan kömək istədi

Avropa Birliyi Fransa və Almaniyadan kömək istədi

Avropa Birliyi qitənin iki ən böyük iqtisadi gücə malik dövlətləri Almaniya və Fransadan böhrandan xilas olmaq üçün yardım istəyib. Fransanın maliyyə naziri Pier Moskovis almaniyalı həmkarı Volfhanq Şoyblenilə görüşərək Avropanın üzləşdiyi maliyyə böhranından çıxmağın yollarını axtarıblar. Tərəflər ilk olaraq Avrozonadakı büdcə kəsirinin aradan qaldırılmasını istəyib. Bundan başqa maliyyə nazirləri Avropada artan işsizliyin qarşısını almaq üçün sosial-iqtisadi layihələrin reallaşdırılmasının zəruri olduğunu bildiriblər. Volfhanq Şoyblenil qeyd edib ki, Almaniya və Fransa Avropanın her şeyi deyil. Sadəcə iki dövlət bir araya gələrək qitəni üzləşdiyi maliyyə böhranından çıxarmağın yollarını axtarır. Fransanın maliyyə naziri isə bildirib ki, Paris Avropa Birliyinin istədiyi kimi, dövlətlərin büdcə kəsiri tətbiq etməsinin tərəfdarı deyil.

Qeyd edək ki, Avropa Birliyi ötən həftə Fransaya 2 il müddətində ÜDM-in 3 faiz həddini keçməməsini tövsiyyə edib. Ekspertlərin fikrincə, Fransada bu il ÜDM 3,9, gələn il isə 4,2 faiz həddində olacaq. Avrozonada isə işsizlik həddi 12,2 faiz həddində olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə