Paytaxtın təkrar mənzil bazarında qiymət artımı müşahidə olunub. Bu barədə SİA-ya daşınmaz əmlak bazarı üzrə ekspert Nüsrət İbrahimov məlumat verib. Onun sözlərinə görə, ilkin mənzil bazarında da qiymət artımı var, ancaq təkrar bazarla müqayisədə iki dəfə azdır. Nüsrət İbrahimov təkrar mənzil bazarındakı mövcud qiymət artımını bazara pul kütləsinin çox daxil olması ilə əlaqələndirdi.
İpoteka kreditlərinin bu bazara cəlb olunması qiymətlərin artmasına səbəb olub. Artıq kreditləşmə prosesi azaldığı üçün bazarda stabilləşmə yaranıb. İlkin mənzil bazarında isə yanvar-fevral ayından cəmi 4 faizlik artım müşahidə olunub. Nüsrət İbrahimov qeyd etdi ki, ən çox qiymət paytaxtın torpaq bazarında müşahidə olunub. Ekspertin fikirincə, torpaq bazarındakı qiymət artımı bir tərəfdən bazara pul kütləsinin daxil olması ilə bağlıdırsa, digər tərəfdən mövsümü amillərlə əlaqədardır.
Qeyd edək ki, torpaq bazarındakı qiymət artımı 3 faiz həddindədir. Torpaq bazarındakı aktivlik tikintinin sayının çoxalması ilə bağlıdır. Torpağın bahalaşması zonalar üzrə fərlənir. Məsələn, şəhərin mərkəzindəki birinci zonada elə bir qiymət artımı yoxdur. Çünki birinci zonada tikinti sayı azdır. Nərimanov, Nəsimi, Səbail, Yasamal rayonlarının bir hissəsi olan ikinci zonada isə artımı var. Biznes zona hesab olan bu rayonlarda daha çox kommersiaya məqsədli binalar tikilir bu səbəbdən burada artım var. Bundan başqa üçüncü zonada qiymət artımı yoxdur. Ancaq dörüdüncü zonada qiymət artımı çoxdur. 4-cü zonada şəhər ətrafı bölgə olduğu üçün burada fərdi yaşayış sahələrinin tikintisi qiymətlərin bahalaşmasına səbəb olub. Son bir ayda 4-cü zonada 3 faiz qiymət artımı olub. Tikinti materialları bazarına gəldikdə isə, mart ayında 1,6 faizlik qiymət artımı müşahidə olunub. Ümumilikdə isə bazarda qiymət artımı yoxdur. Ancaq buna baxmayaraq, may ayında qiymət artımının olacağı proqnozlaşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB