ARDNF qızıl alışına davam edəcək

ARDNF qızıl alışına davam edəcək

"Dünya bazarında qızılın qiyməti ucuzlaşsa da, Azərbaycan Dövlət Neft Fondu (ARDNF) qızıla vəsait yatırmaqda davam edəcək". SİA xəbər verir ki, Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov belə deyib. O bildirb ki, Fond qızıl alışını qazanc əldə etmək məqsədilə deyil, strateji qərar əsasında həyata keçirir.

Ş. Mövsümovun sözlərinə görə, ARDNF-ın qərarı stratejidir: "Biz ölkənin valyuta ehtiyatlarının bir qismini diversifikasiya edərək qızıla yerləşdirmişik. Həmin qızılı satmaq niyyətində deyilik".

"Fond qızılı bir dəfəyə deyil, hissələrlə aldığına görə, bu strategiya özünü doğruldub. Yəni, biz bütün qızılı ötən il alsaydıq, çox yüksək qiymətlə alacaqdıq. Onu bərabər hissələrlə iki il ərzində aldığımıza görə, qiymətlər düşəndə də həmin qiymətlə alırıq. Bu, düzgün strategiyadır və özünü doğruldur"-deyə o əlavə edib.

Elvin Abdulqədirov

Bütün xəbərlər Facebook səhifəmizdə