"Dövlət başçısı İlham Əliyev tərəfindən 8 saylı konsepsiya hazırlanıb. Artıq nazirlik tərəfindən strategiya hazırlanaraq yaxın günlərdə hökumətə təqdim olunacaq". SİA xəbər verir ki, jurnalistlərə açıqlamasında kənd təsərrüfatı nazirinin müavini Bəhram Əliyev belə deyib.
Nazir müavini deyib ki, sənədin əsas müddəalarından biri də kənd təsərrüfatı sahəsində dövlət proqramı və strategiyasının hazırlanmasıdır. Onun sözlərinə görə, strategiyanın əsas müddəaları 4 istiqaməti əhatə edir: "Birinci istiqamət bitkiçilik və onun əsası olan toxumçuluğu inkişaf etdirməkdir. İkincisi, heyvandarlıq və onun əsası olan damazlıq sistemini inkişaf etdirmək, üçüncü istiqamət azad torpaq mülklərinin qorunub saxlanmasıdır. Azərbaycanın 41,8% ərazisi eroziyaya uğrayıb. Burada çoxlu işlər görmək lazımdır. Dördüncüsü isə marketinq problemi, yəni fermerin yetişdirdiyi məhsulun bazara çıxarılmasıdır. Hesab edirəm ki, bu 4 istiqamətdə strategiyanın əsas müddəaları olaraq yerlərdə məlumatlar hazırlanıb. Müəyyən ekspertləri də dəvət etmişik ki, bu sənədin hazırlanmasında iştirak etsinlər. Bu, mühüm bir sənəddir və gələcək üçün əsas təminatdır. Bizim əsas məqsədimiz odur ki, ərzaq təhlükəsizliyi problemi həll olunsun. Bu problemi həll etmək üçün öncə əkin sahələrini inkişaf etdirmək lazımdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB