Azərbaycan-Rumıniya biznes forumu keçiriləcək

Azərbaycan-Rumıniya biznes forumu keçiriləcək

Rumıniya Deputatlar Palatasının sədri Valeriu Zqoneanın rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində martın 14-də Bakıda Azərbaycan-Rumıniya biznes forumu keçiriləcək. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) SİA-ya verilən məlumata görə, biznes foruma neft-qaz sənayesi, İKT, bankçılıq, sənaye avadanlığı, elektrik enerjisi istehsalı, yol-nəqliyyat infrastrukturu, mədən sənayesi, vakuum texnologiyaları, inşaat avadanlıqları istehsalı və digər sektorları təmsil edən rumıniyalı iş adamlarının qatılacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə