“E-qəbul sistemləri və digər e-hökumət alətləri” FOTO

“E-qəbul sistemləri və digər e-hökumət alətləri” FOTO

Bu gün Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya Avropa İttifaqı Şərq Tərəfdaşlığının "Demokratiya, yaxşı idarəçilik və sabitlik" Platformasının "Dövlət İdarəçiliyi sahəsində islahatlar" paneli çərçivəsində "E- qəbul sistemləri və digər e- hökumət alətləri" mövzusunda seminar təşkil edib.

SİA-nın məlumatına görə, seminarda Polşa, Rumıniya, Estoniya, Gürcüstan, Moldova, Ukrayna və Belarusun dövlət qulluğu sahəsində müvafiq qurumlarının, Avropa Şurasının, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin və Avropa İttifaqının Bakı nümayəndəliklərinin əməkdaşları iştirak ediblər.

Seminar iştirakçılarını salamlayan komissiyanın sədri Bəhram Xəlilov Azərbaycanın gənc dövlət olmasına baxmayaraq, dövlət qulluğu sahəsində, o cümlədən də dövlət qulluğuna qəbul sahəsində İKT-nin tətbiq edilməsi istiqamətində əldə etdiyi uğurları qeyd edib. O bildirib ki, seminarın keçirilməsində əsas məqsəd dövlət qulluğuna qəbulda e- xidmətin tətbiqi sahəsində Azərbaycanın əldə etdiyi uğurları xarici dövlətlərin analoji qurumları ilə bölüşməkdən, eyni zamanda bu sahədə xarici təcrübəni öyrənməkdən ibarətdir.

Daha sonra Komissiyanın Dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin baş məsləhətçisi N. Mirzəyeva "Azərbaycanda dövlət idarəçiliyi və dövlət qulluğu sistemi" mövzusunda təqdimatla çıxış edib. Təqdimatda ölkəmizdə dövlət idarəçiliyi və dövlət qulluğu sistemi, dövlət qulluğu sahəsində İKT-nin tətbiqi və bu sahəni tənzimləyən normativ- hüquqi aktlar, Komissiyanın əsas fəaliyyət istiqamətləri, o cümlədən dövlət qulluğuna qəbul, Komissiyanın göstərdiyi e- xidmətlər, eləcə də dövlət qulluğuna qəbul üzrə qeydiyyat üçün müraciətin və sənədlərin qəbulu barədə məlumatlar öz əksini tapıb.

Bundan başqa seminarda dövlət qulluğuna qəbulda İKT-nin tətbiqi sahəsində Gürcüstan və Rumıniya təcrübəsi dinlənilib. Təqdimatların sonunda mövzular ətrafında müzakirələr olub. Seminardan sonra isə qonaqlar Komissiyanın test imtahanı zalında olub və dövlət qulluğuna qəbulla bağlı keçirilən test imtahanında İKT-nin tətbiqi ilə tanış olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə