Lənkəranın daha 4 kəndinə təbii qaz verildi

Fevralın 22-də Lənkəranın daha 4 kəndinə təbii qazın verilməsi münasibətilə mərasim keçirilib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, Lənkəran rayonun qazlaşdırılması ilə bağlı ötən ildən başlayan genişmiqyaslı tədbirlər cari ildə də uğurla davam etdirilir.

Belə ki, bu gün rayonun Rvo, Narbağı, Parakənd və Qurumba ləndlərinə təbii qazın verilməsi münasibəti ilə tədbirlər keçirilib. Əvvəlcə Rvo kəndində keçirilən tədbir Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısının ərazi üzrə icra nümayəndəsi Babakişi Əkbərov açarla bildirib ki, ilk dəfədir ki Rvo kəndinə təbii qaz verilir. Bu ölkəmizdə iqtisadi inkşafın yüksək templə getdiyinin bariz mümunəsidir. Qeyd olunub ki 115 abonenti olan Rvo kəndinin qazlaşdırılması üçün 1 pilləli sistem əsasında uzunluğu 3505m olan müxtəlif diametrli metal boru, 7316m isə polietilen boru çəkilmiş, 115 ədəd sayğac və fərdi tənzimləyici qurlaşdırıb.

Ümumilikdə 409 abonenti olan Narbağı və Parakənd kəndlərinin qazlaşdırılması üçün uzunluğu 3373 olan müxtəlif diametrli metal boru 6585m isə polietilen boru çəkilmiş, 409 ədəd sayğac və fərdi tənzimləyici qurlaşdırılıb.

225 abonenti olan Qrumba kədinin qazlaşdırılması üçün isə uzunluğu 1992m olan müxtəlif diametrli metal boru, 14382m isə polietilin boru çəkilmiş, 225 ədəd isə 223 sayğac və fərdi tənzimləyici qurlaşdırlıb.

Qeyd edək ki, Rvo, Narbağı, Qrumba kəndlərinə ilk dəfə olaraq təbii qaz verilir. Parakənd kəndində isə 20 ildən sonra təbii qazön verilişi bərpa edilib.

Tədbirlərdə çıxış edən Lənkəran ŞİH başçısı Taleh Qaraşov və Azəriqaz İstehsalat Birliyinin baş direktor muavini Qamət Məmmədov çıxış edərək sakinləri bu əlamatdar hadisə münasibəti ilı təbrik etmiş, evlərinə ruzi bərəkət arzulayıblar. Natiqlər daha sonra ölkədə gedən böyük abadlıq quruculuq işlərinə toxunaraq 2009-2013-cü illər Dövlət Proqramına uyğun olaraq bütün respublikada yeni yolların çəkilməsini, yaşayış məntəqələrinin qazlaşdırılmasını Ölkə başçısı cənab İlham Əliyev tərəfindən aparılan müdrik siyasətin uğuru kimi qiymətləndiriblər.

Sonda kəndlərdə təbii qazın verilişini bildirən rəmzi məşəl yandırılıb.

Sakinlər, yerli icra nümayəndələri adı çəkilən kəndlərə mavi yanacağın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə öz minətdarlığını bildiriblər. Əlavə edək ki, Lənkran Qaz İstismar İdarəsinin baş mühəndisi Azad Babayev əməkdaşmızla söhbətdə bildirib ki, hazırda daha 31 kənddə qaz quraşdırma işi aparılır.I rübün sonunadək daha 4 kənddə qazın verilişi bərpa olunacaq. 2013 il ərzində isə Lənkəranın 95%-nin qazlaşdırılması nəzərdə tutulur.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə