"Şahdağ Qış-Yay Turizm Kompleksini tam qurtarmamış açmaq fikrində deyildik. Sadəcə, müəyyən bir hissəsini açdıq və ötən həftə birinci mərhələsi yenicə istifadəyə verilmiş kompleksə 2 min insan gəlib". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.
Nazir bildirib ki, o özü Şahdağ Qış-Yay Turizm Kompleksində olub və bu məkanla bağlı ona verilən rəylər çox müsbətdir: "Kompleksdə cəmi 40 otaq var. Bu da təbii ki, şənbə və bazar günü gələn 2000 adamı yerləşdirməyə kifayət etmir. Kirayədə təxminən 600-700 xizək var. Biz turizm şirkətlərinə də müraciət etmişik ki, əvvəlcədən gələn insanların sayı, çəkisi, boyu, ayağının ölçüsünü dəqiqləşdirsinlər, çünki orada hər adama xidmət 20-25 dəqiqə zaman alır. Bu, çox məsuliyyətli və travmatik idman növüdür. Ona görə də qonaqların hər birinə məsuliyyətlə yanaşılır".
Ə.Qarayev onu da əlavə edib ki, bəzi mətbuat səhifələrində kompleksə ayrılan büdcənin 2 milyard manat olduğu yazılır: "Amma mən heç bilmirəm ki, bu layihə başa çatana qədər bu 1 milyard olacaq, ya yox".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB