İnformasiya Texnologiyaları Universiteti yer axtarır

İnformasiya Texnologiyaları Universiteti yer axtarır

"Azərbaycanda yeni yaradılmış İnformasiya Texnologiyaları Universiteti (İTU) üçün müvəqqəti yer axtarılır". SİA-nın verdiyi xəbərə görə, bunu rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov jurnalistlərə verdiyi açıqlamasında deyib. Onun sözlərinə görə, yaxın günlərdə bu mümkün olacaq: "Cənab prezident İlham Əliyevin verdiyi müvafiq sərəncama əsasən dərslər sentyabr ayından başlamalıdır. Yəni ilk qəbul elan olunacaqdır. Bunun üçün qəbul məhdud həcmdə olacaq. Daha sonra böyük bir proqram hazırlanıb, bunun əsasında qəbul aparılcaq. Universitet müasir tələblərə cavab verəcək düşərgə tipli olacaq. Bu universitetin yaradılması çox vacibdir. Çünki İKT üzrə təcrübəli mütəxəsislərin hazırlanmasına ehtiyac var. Bu mütəxəssislərə olan tələblər də elə dinamik dəyişir ki, ayrı-ayrı dövlətlərdə tələblər oxutmaqla bu ehtiyacları ödəmək mümkün deyil . Artan təlabata uyğun olaraq prezident İlham Əliyev tərəfindən belə bir sərəncam verilib".

Bütün xəbərlər Facebook səhifəmizdə