Gəncə Avtomobil Zavodunun qarşıdakı hədəfləri açıqlanıb

Gəncə Avtomobil Zavodunun qarşıdakı hədəfləri açıqlanıb

Qərb Bölgəsinin ən iri müəssisələrindən olan Gəncə Avtomobil Zavodunda 1600-dən artıq yeni texnikanın istehsalı nəzərdə tutulur. SİA-nın Qərb bürosunun verdiyi məlumata əsasən bu barədə müəssisənin mətbuat xidmətindən məlumat verilib.

Alınan məlumata görə, cari ildə 800-ə yaxın müxtəlif model traktorların, həmçinin 200 ədəd "MAZ" markalı avtomobillərin yığımı nəzərdə tutulur. Ayrıca bu il ərzində 650-ədəd 4-5 gövdəli traktorların və 30-a yaxın traktor qoşqusunun yığılması da planlaşdırılır.

Qeyd edək ki, 2012-ci ildə zavodda 599 ədəd Belarus markalı traktor, 161 ədəd "MAZ" avtomobili yığılıb. Yola saldığımız il də 412 ədəd 4 gövdəli kotan, 92 ədəd isə 5 gövdəli kotan istehsal edilib.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə