Bu gün gecə saatlarında Cənubi Amerikada yerləşən Fransanın Qviana Kosmik Mərkəzinin Kuru kosmodromundan Azərbaycanın ilk milli süni telekommunikasiya peyki "Azerspace-1" geostasionar orbitə çıxarılıb. SİA xəbər verir ki, ABŞ-ın "Orbital Sciences" şirkəti tərəfindən istehsal olunan "Azerspace-1" peyk "Ariane-5" kosmik daşıyıcısı ilə orbitə buraxılıb. Peykin ümumi çəkisi 3 250 kq təşkil edir və onun istifadə müddəti 15 ildir və 36 aktiv C və Ku siqnal transponderlərə malikdir. Azərbaycan, Mərkəzi Asiya, Avropa və Afrika ölkələri üçün xidmət göstərəcək. Peykin orbitdəki yeri isə Şərq istiqamətində 46 dərəcədir.
Məlumat üçün bildirək ki, peykin 20% Azərbaycanın tələbatını ödəmək üçün istifadə olunacaq. Digər 80% isə kommersiya məqsədilə xidmət göstərəcək. Artıq peykin resurslarının 40%-nin istifadəsi üçün şərti müqavilələr imzalanıb.
Xatırladaq ki, yer səthinin müşahidəsi üçün Azərbaycan peykinin aşağı yer orbitinə çıxarılması 2015-ci ilə, ikinci telekommunikasiya peykinin orbitə çıxarılması isə 2016-cı ilə planlaşdırılıb. BMT-nin müvafiq komitəsində Azərbaycan kosmik ölkələr sırasına qəbul olunub, Azərbaycan kosmik fəzanın sülh məqsədlərlə istifadəsi üzrə öhdəliklər götürüb. ABŞ-ın "Orbital Sciences" korporasiyası tərəfindən istehsal olunan və Fransanın "Arianespace" şirkəti tərəfindən öz yüksək etibarlılığı ilə seçilən "Ariane-5″ raketdaşıyıcısı ilə orbitə buraxılan "Azerspace-1" peyki raket kosmodromdan qalxdıqdan təqribən 33 dəqiqə sonra raketin gövdəsindən ayrılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB